Rusiya qoşunları ilin sonuna qədər 27 “Pantsir” ZRK-sı əldə edəcək

Rusiya qoşunları ilin sonuna qədər 27 “Pantsir” ZRK-sı əldə edəcək

“27 “Pantsir-S” yerüstü zenit raket kompleksi 2019-cu ilin sonuna qədər Rusiya qoşunlarına veriləcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Aerokosmik Qüvvələrin baş komandirinin müavini general-leytenant Andrey Yudin danışıb.

O qeyd edib ki, həmçinin bir ədəd S-350 “Vityaz” zenit-raket sistemi də Rusiyanın Aerokosmik Müdafiə Hərbi Akademiyasının təlim mərkəzinə çatdırılacaq.

Sevinc Əliyeva

Mənbə: ordu.az