Dünyanın ilk uçan avtomobilinin kütləvi istehsalına başlanıldı - MARAQLI

Dünyanın ilk uçan avtomobilinin kütləvi istehsalına başlanıldı - MARAQLI

Hollandiya merkezli "PAL-V" şirkətinin inkişaf etdirdiyi dünyanın ilk uçan avtomobilinin təqdimatı keçirilib.

Moderator.az xəbər verir ki, həm yerdə, həm də havada hərəkət edə bilən avtomobilin 100 at gücündə olduğu bildirilib.

Şirkət tərəfindən edilən açıqlamada avtomobilin ağırlığının 664 kiloqram olduğu, yanacaq çəninin isə 100 litr yanacaq tutduğu qeyd edilib. Sözügedən avtomoblin yerdəki maksimum sürətinin 160 kilometr, havada isə 180 kilometr olduğu açıqlanıb.

Avtomobil üçün indidən 100-ə yaxın sifariş verildiyi, qiymətinin isə 600 min dollar olduğu ifadə edilib.

Kamran

Mənbə: moderator.az