“Google Photo” tətbiqinə mesajlaşma funksiyası daxil edilir!

“Google Photo” tətbiqinə mesajlaşma funksiyası daxil edilir!

Google Play Store-da 1 milyarddan çox yüklənmə sayına sahib olan Google Photos-a mesajlaşma funksiyası əlavə edilir. Proqramı tam hüquqlu bir mesajlaşma xidmətinə çevirə biləcək bu funksiyanın əsas məqsədi müəyyən insanlarla fotoşəkil mübadiləsini asanlaşdırmaqdır.

Yeni əlavə edilmiş funksiyayla eyni zamanda bir sıra yeni xüsusiyyətlər də əlavə olunub. Bir şəkil üçün albom yaratmaq əvəzinə birbaşa kiməsə göndərə bilər və gizli söhbətə başlaya bilərsiniz. Kimsə sizinlə bir şəkil və ya video paylaşdıqda bu faylları yükləyə və cihazınıza saxlaya bilərsiniz.

Google Photo tətbiqindən müntəzəm istifadə edənlər üçün çox faydalı ola biləcək bu xüsusiyyət, tətbiqin son versiyasına daxil olmasına baxmayaraq, istifadəçilər üçün geniş miqyasda hələ mövcud deyil. Yeni xüsusiyyət önümüzdəki həftə dünyanın bir çox istifadəçisi üçün əlçatan olacağı gözlənilir.

Mənbə: techland.az