“The New York Times”:"İran müəyyən sayda ballistik raketi İraqa daşıyıb"

“The New York Times”:"İran müəyyən sayda ballistik raketi İraqa daşıyıb"

İran müəyyən sayda ballistik raketi İraq ərazisindəki anbara yerləşdirib.

Bunu “The New York Times” qəzeti yazıb.

Qəzet Pentaqon və kəşfiyyat xidmətinə istinadən qeyd edib ki, raketlər İran sərhədinə yaxın ərazidədir.

CNN televiziyası isə bildirib ki, ABŞ kəşfiyyat xidməti yaxın mənzilli ballistik raketlərin İrandan İraqa aparıldığını təsbit edib/Report.

Mənbə: strateq.az