ABŞ Yəmənə gedən və İranın olduğu iddia edilən silahları ələ keçirib

ABŞ Yəmənə gedən və İranın olduğu iddia edilən silahları ələ keçirib

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, silahları daşıyan kiçik gəminin Yəmənin Husi qiyamçıları tərəfindən nəzarət edilən ərazilərə tərəf yönəldiyi güman edilir.

Məlumata görə, gəmidə gəmi əleyhinə qanadlı raketlərin, yerdən atılan qanadlı raketlərin, hava hücumundan müdafiə raketlərinin və tank əleyhinə raketlərin hissələri aşkar edilib.

Gəminin heyəti Yəmənin sahil mühafizəsinə təhvil verilib, yüklər isə ABŞ-ın sərəncamındadır.

Sevinc Əliyeva

Mənbə: ordu.az