“Boeing”in baş mühəndisi istefaya getdi

“Boeing”in baş mühəndisi istefaya getdi

“Boeing” şirkətinin “737 MAX” təyyarələri ilə baş vermiş qəza hallarını araşdıran şirkətin kommersiya daşınmaları departamentinin baş mühəndisi Con Hamilton kompaniyadan gedir.

“The Seattle Times” xəbər verir ki, korporasiyanın əməkdaşlarına artıq məsələ barədə informasiya verilib.

Məlumata görə, Hamilton hələ ötən il istefaya getmək istəsə də, “737 MAX” təyyarələri ilə baş vermiş qəzaların səbəblərinin araşdırılması üçün kompaniya ondan qalmasını istəyib.

Mənbə: www.oxu.az