Xiaomi Mi 10 bomba kimi gəlir: 100 Watt super şarj texnologiyası - VİDEO

Xiaomi flaqman modelləri ilə android ekosistemində özünə məxsus bir yerə malikdi. Mi 9 ilə çox bəyənilən şirkət növbəti flaqman modeli Mi 10 üçün hazırlıqlara davam edir. Bu səfər aşkarlanan məlumatlara görə cihaz Galaxy S11 ilə yarışacaq səviyyədə olacaq. Sızan məlumatlara görə fevral ayında çıxması gözlənilən Samsung Galaxy S11 modelinə rəqib olaraq Mi 10 modeli də o ayda çıxarılacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, Xiaomi Mi 10 modeli Snapdragon 865 və 100 Watt Super Şarj dəstəkləyən ilk telefon olacaq.
Xiaomi şirkəti 100 Watt Super Şarj texnologiyasını təqdim edəndə 2020-dən etibarən cihazlarında istifadə edəcəyini demişdi. 2020-nin ilk Xiaomi cihazı isə Mi 10 olacaq. Qeyd edək ki, 100 Watt güc ilə 4000 mAh batareyanı sadəcə 17 dəqiqəyə doldurmaq mümkün olur. Sızan digər bir məlumat isə Mi 10 modelində Galaxy S11 ilə yarışa biləcək səviyyədə bir kamera sisteminə malik olacağıdır. Aşağıda 100 Watt Super Şarj texnologiyasının Xiaomi tərəfindən yayımlanan videosunu görə bilərsiniz.

Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Avstriyalı diplomat BMT İnsan Haqları Şurasının rəhbəri təyin edilib

SONRAKI XƏBƏR

ABŞ prezidenti: “Dünya Bankı Çinə kredit verməyi dayandırmalıdır”