“Qualcomm” yeni qabaqcıl prosessoruna “5G” modem quraşdırmayıb

“Qualcomm” yeni qabaqcıl prosessoruna “5G” modem quraşdırmayıb

Mobil qurğular üçün dünyada ən böyük prosessor istehsalçısı "Qualcomm" şirkəti öz qabaqcıl həllini - "Snapdragon 865" prosessorunu təqdim edib. Yenilik 2020-ci ildə təqdim ediləcək ən güclü və bahalı smartfonlar üçün nəzərdə tutulub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni prosessora beşinci nəsil mobil şəbəkələrində işləmək üçün daxili modem quraşdırılmayıb. Bu isə o deməkdir ki, istehsalçı "5G" ilə uyğunluq üçün smartfona ayrı modem çipi quraşdırmaq məcburiyyətindədir ki, bu isə daxili həllərdən daha bahalıdır və enerji baxımından səmərəli deyil.

"Qualcomm" şirkəti daxili "5G" modeminə malik çip təqdim etsə də, "Snapdragon 765" prosessoru "865"lə müqayisədə məhsuldar deyil.

Milli.Az

Mənbə: news.milli.az