İran Hərbi Dəniz Qüvvələri yeni pilotsuz uçuş aparatını təqdim edib

İran Hərbi Dəniz Qüvvələri yeni pilotsuz uçuş aparatını təqdim edib

Bakı. Trend:

İranda yeni "Simorgh" pilotsuz uçuş aparatı təqdim olunub.

Trend-in məlumatına görə, bu barədə "Tasnim" agentliyi bildirib.

Məlumata əsasən, aparatın təqdimat mərasimi ölkənin cənub-şərqindəki Konarak şəhərində İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Hüseyin Xanzadinin iştirakı ilə keçirilib.

Bildirilib ki, yeni dronun uçuş müddəti 24 saata qədər təşkil edə bilər. O döyüş, taktiki və kəşfiyyat əməliyyatlarında istifadə edilə bilər.

Mənbə: az.trend.az