"Apple" yaxın 2 ildə 5 iPhone modeli buraxacaq

"Apple" yaxın 2 ildə 5 iPhone modeli buraxacaq

Mütəxəssislər "Apple" şirkətinin 2020-2021-ci illərdə 5 yeni nəsil iPhone modelini buraxmağı planlaşdırdığını iddia edirlər.

MilliYol.Az xəbər verir ki, bu barədə proqnozlar sahəsində ixtisaslaşan MacRumors saytı yazıb. Məlumata görə, korporasiya yeni smartfonlarında lightning konnektorlarını da ləğv etmək niyyətindədir.

Ekspert Ku Min Çi qeyd edib ki, Apple daha 2021-ci ildə əlverişli iPhone SE 2 Plus smartfonunu istifadəçilərin ixtiyarına verəcək. Ön panelin tamamilə ekrandan ibarət olacağı, Face ID sisteminin olmayacağı və barmaq izi skanının güc düyməsinə yerləşdirilə biləcəyi deyilir. Onun sözlərinə görə, smartfonun diaqonalı 4 düyüm olacaq. Bundan əlavə daha güclü A13 prosessoru ilə təchis ediləcək.

Espert yeni modellərdən birinin 2020-ci ilin birinci yarısında, daha dörd modelin isə 2021-ci ildə buraxılmasının planlaşdırılırdığını idaa edir. Bütün yeni məhsulların 5G şəbəkəsini dəstəkləyəcəyi ifadə olunur.

Mənbə: milliyol.az