Bu telefon istifadəçilərinin nəzərinə: Siz daimi izlənirsiniz!

Bu telefon istifadəçilərinin nəzərinə: Siz daimi izlənirsiniz!

Bir neçə gün bundan əvvəl jurnalist və kompüter təhlükəsizliyi mütəxəssisi Brian Krebs insanların yeni iPhone 11 Pro vasitəsilə izləndiyini iddia etmişdi. Onun sözlərinə görə, iOS parametrlərində geolokasiya funksiyası pozulduqda belə istifadəçinin yeri haqqında məlumat toplamaq mümkündür.

İqtisadiyyat.az xəbər verir ki, Apple şirkətinin nümayəndələri smartfonların bu davranışının səbəbini izah edib və qacetlərin "izlənməsi" ilə bağlı nəticələrin çox şişirdildiyini söyləyib.

Şirkət nümayəndəsinin sözlərinə görə, ekranda geolokasiya nişan görünməsinin səbəbi yeni iPhone modellərinə təchiz edilmiş ultra genişzolaqlı məlumat ötürücüsüdür (UWB). Bu texnologiyanın istifadəsi beynəlxalq tələblər ilə tənzimlənir. Şirkət nümayəndələri iddia edirlər ki, “iOS” bəzən bu tələbi yerinə yetirmək üçün istifadəçinin yerini müəyyənləşdirir. Bundan başqa bildirilib ki, məkan haqqında məlumatlar cihazın özündə işlənir və Apple-a ötürülmür.

Qeyd edək ki, yeni iPhone U1 çipi ilə təchiz edilib. Bu çip sayəsində peyklər, mobil operator qüllələri və digər avadanlıqlardan istifadə etmədən yaxın məsafədə uyğun qurğularla məlumat mübadiləsi etmək mümkündür.

Mövcud məlumata görə, gələcək yeniləmələrin birində Apple iOS-a UWB üçün ayrı bir keçid əlavə edəcək. Problemin müvəqqəti həlli kimi istifadəçilərə parametrlər menyusundakı geolokasiya xidmətlərini tamamilə bağlamaqları tövsiyyə edilir. 

Mənbə: www.iqtisadiyyat.az