Brabham BT62 yarış versiyasına sahib olub - FOTO

Brabham BT62 yarış versiyasına sahib olub - FOTO

Brabham şirkəti BT62 superkarının üçüncü modifikasiyasını təqdim edib. Trek üçün nəzərdə tutulmuş Ultimate Track Car və ümumi istifadə yolları üçün nəzərdə tutulmuş Road Compliant Conversion modifikasiyalarına yarış Competition variantı əlavə edilib.

Yeni versiyanın təqdim edilməsi superkarın istehsal planlarına təsir etməyəcəkdir. Brabham BT62 modelinin tiraji 70 nüsxə ilə məhdudlaşdırılıbdır. İstənilən variantı sağda və ya solda yerləşən sükan ilə sifariş etmək mümkündür. Bundan başqa, müştəri arzu edərsə, BT62 Competition modelini Ultimate Track Car və ya "mülki" versiyalarına qədər apqreyd etmək olar. Brabham BT62 Competition salon tərtibatı və sərnişin oturacağı olmadan təklif edilir və bu səbəbdən də onun satış qiyməti 750 min funt sterlinq təşkil edir. Xatırladaq ki, trek modifikasiyasının qiyməti bir milyondur.

Milli.Az autograph.az-a istinadən bildirir ki, texniki cəhətdən Competition digər modifikasiyalardan fərqlənmir. Karbon və poladdan hazırlanmış və inteqrasiya edilmiş təhlükəsizlik karkası olan monokokda inşa olunmuş superkar 710 at qüvvəsi və 667 Nm fırlanma anı hasil edən 5,4-litrlik atmosfer V8 mühərrikinə malikdir. Güc aqreqatı 6-pilləli Holinger sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Digər variantlardan fərqli olaraq, Competition karbondan hazırlanmış əyləc mexanizmlərinə, həmçinin ABS və TCS sistemlərinin başqa tənzimləmələrinə sahib olub. Aqressiv aerodinamik dayaq 1200 kq yerəbasma gücü hasil edə bilər.

 

Brabham BT62 modelinin dinamik xarakteristikalarının müəyyən edilməsi prosesi noyabr ayının əvvəlində Brənds-Hətç avtodromunda keçiriləcəkdir. Kupe gündüz və gecə təsnifat sessiyalarında və Britcar Endurance çempionatının ikisaatlıq yarışında iştirak edəcəkdir.

Milli.Az

Mənbə: news.milli.az