Kamera bazarında ən məşhur şirkətin Azərbaycanda törəməsi yaradıldı

Kamera bazarında ən məşhur şirkətin Azərbaycanda törəməsi yaradıldı

Kamera bazarında ən böyük şirkətlərdən biri olan Çinin "Hikvision" şirkətinin adı ilə Azərbaycanda şirkət dövlət qeydiyyatına alınıb.

"Marja" xəbər verir ki, 21 Noyabr 2019-cu il tarixində Vergilər Nazirliyi "HIKVISION AZERBAIJAN" MMC-ni dövlət qeydiyyatına alıb.

Şirkətin qanunu təmsilçisi Çin Xalq Respublikasının vətəndaşı Duan Fan-dır. "Hikvision Azerbaijan" şirkəti 400 min manat ilkin sərmayəyə (nizamanmə kapitalı) malikdir.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küç, ev 12/14 m.30-dir.

Mənbə: marja.az