RUSİYA ÖZÜNÜN RƏQƏMSAL DİKTATURA VERSİYASINI XARİCƏ YAYIR

RUSİYA ÖZÜNÜN RƏQƏMSAL DİKTATURA VERSİYASINI XARİCƏ YAYIR

Çin elektron izləmə cihazlarını diktatorlara satan yeganə ölkə deyil. Bu sahədə Rusiyanı hesabdan silmək cəlbedici gəlsə də, doğru addım olmaz. Bu barədə “New York Times” nəşrinin icmalçısı Alina Polyakova yazır.

Əslində Rusiyanın aşağı texnoloji rəsəmsal avtokratiya modeli daha möhkəm və adaptasiyaya yararlı ola bilər.

Çinlə müqayisədə Rusiyaya oxşayan ölkələrin sayı getdikcə artır. Onlar məlumatların filtrlənməsi və kontentin bloklanması üçün avtokratik resurslar baxımından asılı vəziyyətə düşürlər. Çinin izləmə modeli hər şeyi (video nəzarətdən tutmuş, sosial şəbəkələrdəki aktivlik və tibbi qeydlərə kimi) özündə birləşdirən oflayn və onlayn məlumatların ümumi inteqrasiya prinsipinə əsaslanır. Bunun üçün inzibati resurslara ehtiyac var. Çox az ölkə belə bir investisiyaya gedə bilər. Çox güman, rus modelinin üstünlüyü də məhz bundadır.

Rusiyada izləmə texnologiyası kütləvi filtrləmə və ya Çində edildiyi kimi istifadəçiyə gedən yolda informasiyanın bloklanmasına əsaslanır. Repressiv hüquqi şəbəkəyə, özəl şirkətlərin, habelə QHT-lərin şantajına bel bağlayan Moskva material dərc edildikdən sonra daha çox monitorinqin üzərində işləyir. Və bunu təkrarlamaq daha asandır.

Çində internet 1990-cı illərdən dövlət nəzarətində olduğu halda, Rusiyada şəbəkə maneəsiz şəkildə cəmiyyətə nüfuz edib. “Facebook”, “Twitter” və “Google” Çində bloklanıb, lakin Rusiya ərazisində əlçatandır. Məhz bu səbəbdən Rusiya hökuməti açıq rəqəmsal məkanın başının üstünü alan elektron izləmə infrastrukturu inşa etməli olub. Dolayısıyla, Rusiya Çindən daha az resurs istifadə edib.

SSRİ dövrünün telefon danışıqlarının monitorinq sisteminə əsaslanan “Əməliyyat axtarış tədbiləri sistemi” və ya COPM bu şəkildə meydana çıxıb. 1995-ci ildə bərpa edilən sistem elektron məktub trafiki və şəbəkələrdə saytlara nəzarətə kimi genişlənib. Bu gün COPM avadanlığını quraşdırmaq istəyən şirkətlərin, o cümlədən mobil operatorların, internet provayderlərin və sosial şəbəkələrin sayı durmadan artır.

Sistem informasiyanı bloklamır. Əvəzində xüsusi xidmət orqanlarına və dövlət agentliklərinə internet və telekom-şəbəkədən keçən bütün məlumata çıxış imkanı verir.

COPM-in ən böyük provayderlərindən biri “MFI Soft” müştərilərə müxtəlif paketlər və 7/24 xidmət təklif edir. Şirkət 10 ildir müştərilərini lazımi avadanlıqla təchiz edir. Ən populyar paketlərdən biri “COPMoviç” adlanır. Qiyməti cəmi 20 min dollardır.

2017-ci ildə “MFI Soft” “Citadel group” adı altında informasiya təhlükəsizliyi ilə məşğul olan şirkətlərdən ibarət böyük bir konsorsiumun bir hissəsinə çevrilib. Məqsəd bir holdinqin “çətiri altında” müşahidə texnologiyaları bazarını birləşdirməkdir. Bu da Kremlin imkanları genişləndirmək və qiymətləri uyğunlaşdırmaq istəyindən xəbər verir.

Mənbə: www.xpressa.net