KXDR Çinlə sərhədi yaxınlığında uzun məznilli raketi sınaqdan keçirib

KXDR Çinlə sərhədi yaxınlığında uzun məznilli raketi sınaqdan keçirib

Şənbə günü Şimali Koreya Çin sərhədi yaxınlığındakı Tonqçanq bölgəsindəki qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş sınaq ərazisində uzun mənzilli raket sınağı həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Şimali Koreyanın “KCNA” dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “raket sınağının nəticələri yaxın gələcəkdə bir daha strateji mövqeyinin dəyişdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək”.

Sevinc Əliyeva

Mənbə: ordu.az