Rusiya, Çin və digərləri: Dünyanın ən güclü orduları (2030)

Rusiya, Çin və digərləri: Dünyanın ən güclü orduları (2030)

Quru döyüşünün balansı 2030-cu ildə necə görünəcək? Güman ki, həmin vaxta qədər Terrorla Müharibə və Rusiyanın yenidən konsolidasiya olması ilə bağlı müharibələr yekunlaşmış olacaq. Təbii ki, gələcəklə bağlı nəyisə təxmin etmək hər zaman çətin olub. Lakin bir sıra nümunələr və suallar nələrisə təsəvvür etməyə imkan verə bilər.

Xüsusilə bu sualların üzərində dayanmaq olar:

 

- Quru qoşunlarının milli resurslara, innovativ texnologiyaya çıxışı varmı?

- QQ-nin siyasi dairələrdən yetərli dəstəyi varmı?

- QQ-nin təcrübi öyrənməyə çıxışı varmı? Onun real həyat şərtlərində öyrənmə və təkamül etmə fürsəti olurmu?

Bu suallar əsasında 2030-cu ilin başlıca quru qüvvələrinin bugünkülərdən daha ölümcül olacağını düşünmək olar. Aparılan dəyərləndirmələr əsasında 2030-cu ilin ən ölümcül quru qoşunları arasında Hindistan, Fransa, Rusiya, Birləşmiş Ştatlar, Çin ordularının yer alacağını ehtimal etmək mümkündür.

Hər kəsə məlumdur ki, Birləşmiş Ştatlar ən azı 1991-ci ildən etibarən quru döyüş qüvvələri üçün qızıl standart olub. 1991-ci ildə İraq ordusunun məğlub edilməsi, 2003-cü ildə eyni halın yenidən təkrarlanması Soyuq Müharibədən sonrakı dövrdə quru döyüşünün ən önəmli nümunələridir. Son 15 ildə də ABŞ QQ İraq və Əfqanıstanda öz əməliyyatlarına davam edib.

Lakin 1990-cı illərdən Çin Xalq Azadlıq Ordusu görülməmiş sürətlə inkişaf edir. Onillər ərzində XAO-nun elementləri Çin Kommunist Partiyası daxilində spesifik siyasi fraksiyaların qarantoru olub. İslahatların başladılması ilə XAO hərbi olduğu qədər kommersial təşkilat formasını alıb. Bu situasiya 1990-cı illərin sonu və 2000-ci illərin əvvəli dəyişdi. Böyük maliyyə təminatı və innovativ texnologiya sektorunun yüksəlməsi ilə XAO möhkəmlənməyə və yenilənməyə başlayaraq, müasir hərbi təşkil oldu.

Dəyanət Ağalarlı

Mənbə: ordu.az