Xiaomi şirkəti ən böyük smartfon istehsalçıları reytinqinin ilk beşliyinə daxil olub

Xiaomi şirkəti ən böyük smartfon istehsalçıları reytinqinin ilk beşliyinə daxil olub

Diqqət çəkən sayda smartfon satışa çıxartmaqla Xiaomi şirkəti Huawei, Apple və Samsung ilə rəqabətə girərək dünyanın ən böyük smartfon istehsalçıları siyahısına daxil ola blib. Bu məsələdə onu da qeyd etmək lazımdır ki, Xiaomi şirkəti 42 ölkədə liderlik mövqelərini qoruyub saxlayır. Yaponiyada keçirilmiş xüsusi sərgi çərçivəsində Xiaomi təmsilçisi smartfon istehsalçıları arasında reallaşdırılmış smartfon sayı üzrə aktual reytinqi təqdim edib.

Milli.Az technote.az-a istinadən bildirir ki, şirkətin 90 ölkədə fəaliyyət göstərməsi və 42 ölkədə lider mövqelərini qoruyub saxlamasını nəzərə almaqla şirkət OPPO-nu geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçıları reytinqində 4-cü yerdə qərarlaşıb. Birinci yeri ənənəyə sadiq qalaraq Samsung şirkəti (78.2 milyon satılmış smartfon) tutub. İkinci yeri bu ilin üçüncü rübündə 66.6 milyon smartfon sata bilmiş Huawei şirkəti, üçün yeri isə 46.6 milyon satışlar Apple şirkəti tutub. Xiaomi artıq son 4 ay ərzində 32.7 milyon smartfon sataraq smartfon bazarının 9.1%-ni əldə edə bilib.

Mənbə: news.milli.az