Hyundai yeni Tuscon modelini dizayn üslubunu nümayiş etdirib - FOTO

Hyundai yeni Tuscon modelini dizayn üslubunu nümayiş etdirib - FOTO

Hyundai Tucson modelinin dördüncü nəsli gələn il debüt edəcəkdir. Hələlik isə, koreya istehsalçısı Los Ancelesdə yeni krossoverin eksteryeri barədə təsəvvür yaradan Vision T adlı prototipi nümayiş etdirib. Konseptin üzərindəki HCD-7 yazısı onun Hyundai Design Center tərəfindən hazırlanmış yeddinci konsept olduğuna işarə edir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni Tucson modelində hazırki Hyundai krossoverlərinin tanınan elementinə çevrilmiş ikimərtəbəli ön hissədən imtina edilib. Vision T modeli yenilənmiş Hyundai Grandeur sedanında debüt etmiş dizayn üslubunda hazırlanmış ön hissəyə sahib olub. Xatırladaq ki, yeni Granduer modelində ön fənərlər və radiator barmaqlığı vizual olaraq birləşdirilib. Hyundai Vision T konseptində isə, radiator barmaqlığı gərək olduqda açılan aktiv çəpərciklərə malikdir.

Qeyd etmək lazımdır ki, protoip maraqlı ölçülərə malikdir. Onun uzunluğu 4610 mm təşkil edir ki, bu da Santa Fe modelində olduğundan 80 mm azdır. Lakin, təkər bazasının uzunluğuna görə, prototip Santa Fe modelini 104 mm (2804 mm) üstələyir. Bütün bunlara baxmayaraq, Tuscon modelinin seriya variantının ənənəvi nisbətlərə malik olacağından şübhə etməmək gərəkdir.

 

Hyundai Vision T konseptinin qoşulan hibrid olduğu bildirilsə də, güc qurğusu barədə məlumat verilməyib. Konseptin interyeri də qara şüşələrin ardında gizli saxlanıb.

Milli.Az

Mənbə: news.milli.az