Yeni Lynk&Co 05 kupe krossoveri təqdim edildi

Yeni Lynk&Co 05 kupe krossoveri təqdim edildi

Çinin Lynk&Co şirkəti rəsmi olaraq yeni, inkişaf etmiş Lynk&Co 05 krossoverini təqdim edib.

Ekspertlər qeyd ediblər ki, təklif olunan nüsxə Lynk&Co 01 kompakt modelinin daha modernləşdirilmiş modifikasiyasıdır. İstehsalçılar müasir baş optikasının, radiatorun yenilənmiş barmaqlığının, eləcə də digər xarici parametrlərin tətbiqi üzərində çalışıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, salonda böyük 12,7 düym ölçüdə ekran gözə çarpır. Lynk&Co-dan olan yeni krossoverin kapotunun altında 190 at gücündə olan 2 litrlik benzin mühərriki quraşdırılıb, model 8 pilləli avtomatik transmissiya alıb. Avtomobilin satışının başlanğıcı 2020-ci ilin əvvəlində planlaşdırılır, dəyəri də elə həmin vaxt açıqlanacaq.

 

Mənbə: news.milli.az