2019-cu ilin ən qəribə avtomobilləri

2019-cu ilin ən qəribə avtomobilləri

2019-cu ili geridə qalır və bu il ərzində görünən ən maraqlı nəqliyyat vasitələrini sizlər üçün yığdıq. Vasitələrin bəziləri zahirən normal görünsə də içi çox maraqlıdır. Bəziləri isə çox da avtomobilə bənzəmir.

Hyundai Elevate

Bu dörd ayaqlı və elektrikli avtomobil, çətin yerlərə getmək üçün hazırlanıb.

Audi AI: Trail

Audi şirkətinin bu vasitəsi yanında 5 dron ilə birlikdə gəlir. Beləcə yolda əlavə işıqlandırma və kamera fikiri əldə edir. Çətin ərazilərə uyğun olaraq çıxarılan vasitə avtonom da hərəkət edə bilir.

Lexus LF-30

Gələcəyin avtomobilləri anlayışıyla hazırlanan bu avtomobilin də dronları var. Bu dronlar, sizin yerinizə çantalarınızı vasitəyə daşımaq kimi işlər də edir. Avtomobildə bol miqdarda rəqəmsal texnologiya və artırılmış həqiqət kimi xüsusiyyətlər var. Tamamilə elektrikli vasitənin gediş məsafəsi isə 500 kilometrə yaxındır.

Hyundai Mobis

 

Gələcəyin avtomobillərinin dizaynları olduqca maraqlıdır. Bu dizaynlardan biri də avtonom elektrikli Hyundai Mobis modelinin dizaynıdır. Bu vasitə, piyadalar və vasitələrlə ünsiyyət qurmaq üçün işıq istifadə edir.

Toyota Rhombus

Toyota şirkətinin bu elektrik avtomobili 1990-cı ildən sonra sürücülərin dəyərlərinə və həyat tərzlərinə uyğun olaraq təqdim edilir. Qəribə kreslo dizaynlı avtonom avtomobillərin içində yemək masası da var.

Kia HabaNiro

Qırmızı tonlarının hakim olduğu bu avtomobil rəng mövzusunda olduqca fərqlənir. Bu anda satışda olan Niro elektrik avtomobillərin tyuninq versiyası, yuxarı açılan qanadlara sahibdir.

Milli.Az

Mənbə: news.milli.az