Apple iOS 13.3 yenilənməsini yayımladı: Kritik problemlər həll oldu

Apple iOS 13.3 yenilənməsini yayımladı: Kritik problemlər həll oldu

Apple şirkəti iOS əməliyyat sistemini təkmilləşdirməyə davam edir. Bu səfər 13.3 yenilənmə paketi cihazlar üçün yayımlandı. Bu yenilənmənin əsas fərqi bəzi kritik problemləri həll etməsidir. Həmçinin Əlaqə Sərhədləri adı verilən və çoxdan gözlənilən bir funksiya da telefonlara əlavə olunur.

illi.Az technote.az-a istinadən bildirir ki, Apple iOS 13.3 ilə birliktə iPad OS 13.3, TV OS 13.3, Watch OS 13.3 və Mac OS 10.15.2 yenilənmə paketlərini də yayımladı.

Bu yenilənmə ilə Əlaqə Sərhədləri adı verilən yeni funksiya da cihazlara verilir. Bu funksiya ilə valideynlər telefonlarını uşaqlara verərkən Facetime,iCloud, Mesajlar və Rəhbər kimi bir çox tətbiqləri kontrol edə bilir. Hətta istənilməyən insanların nömrələri qara siyahıya salına bilir. Digər bir yenilik isə Memoji funksiyasını bağlamaq artıq istifadəçilərin səlahiyyətinə verilir. Bundan başqa Safari brauzerində NFC, USB və Lightning FİDO2 ilə uyğun olan təhlükəsizlik açarlarını da aktivləşdirir. Beləliklə YubiKey kimi fiziki təhlükəsizlik açarları şifrə və 2 faktorlu təsdiqləməni əvəz edə biləcək. iOS 12-nin keçmişinə baxdıq da heç də stabil bir sistem olmadığını görürük. Anlaşılan Apple iOS 13-ü daha stabil hala gətirməyə çalışır və demək olar ki, bunu çox da yaxşı bacarır.

Milli.Az

Mənbə: news.milli.az