NASA-dan qorxunc XƏBƏRDARLIQ

ABŞ Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) Avstraliya qitəsini cənginə alan meşə yanğınlarından yüksələn və Stratosfer qatına çatan dumanların Yer kürəsinin ətrafında fırlanacağını açıqlayıb.

Publika.az xəbər verir ki, Sakit okeana doğru istiqamətlənən duman təbəqəsi 2020-ci ilin ilk günüdə Cənubi Amerikaya keçib və 8 yanvarda dünyanın ətrafındakı turunun yarısını tamamlayıb.

NASA mütəxəssisləri dumanın Yer kürəsini, ən az, 1 dəfə fırlanacağını proqnozlaşdırır.

Duman dünyanı necə dolanır?

NASA-ya görə, alovlar çox böyük olduğu üçün görünməmiş miqyasda boranlara səbəb olub. Boran da dumanın Stratosferə qədər çıxmasını təmin edib. Bəzi bölgələrdə duman 17,7 km yuxarı çıxıb.

Alimlər yanğının miqyası və şiddətində iqlim dəyişikliyinin əhəmiyyətli payı olduğunu vurğulayır.

Qeyd edək ki, Sidney, Melburn, Kanberra və Adelayda kimi böyük şəhərlərdə yanğınlardan sonra havanın çirkliliyi təhlükəli səviyyəyə çıxıb.

Zümrüd

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

“Deyirlər millət vəkili ol, dərdimizi sənə deyək”

SONRAKI XƏBƏR

Putin və Buşun Soçidə rəqsi - VİDEO