Rusiyanın yeni “Altius-U” Pilotsuz Uçuş Aparatının (PUA) uçuş mənzilini artırmaq üçün peyk rabitə kanalı ilə təchiz olunub.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi-sənaye kompleksindəki adı çəkilməyən mənbədən məlumat verilib.
Qeyd edək ki, “Altius-U” uzun müddət havada qala bilən PUA-dır və 2015-ci ildə təqdim olunub. PUA havada məlumatları toplayıb yerdəki mərkəzə ötürmək üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Mənbə: ordu.az