Rusiya və Yaponiya ortaq hərbi dəniz təlimləri keçirib

Rusiya və Yaponiya ortaq hərbi dəniz təlimləri keçirib

Rusiya Baltik Donanması və Yapon qüvvələrinin gəmiləri Ərəbistan dənizində ortaq pirat əleyhinə təlimlər keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimdə Rusiyanın "Yaroslav Mudry" gəmisi, "Yelnya" tankeri və "Viktor Konetsky" gəmisi, eləcə də yapon qırıcı "Harusame" iştirak edib.

Tərəflər quldurlar tərəfindən tutulmuş bir gəmini azad etmək üçün simulyasiya məşqləri edib.

Sevinc Əliyeva

Mənbə: ordu.az