Pentaqon “Hellfire” raketləri ilə bağlı müqavilə imzalayıb

Pentaqon “Hellfire” raketləri ilə bağlı müqavilə imzalayıb

ABŞ Müdafiə Nazirliyi “Hellfire” raketlərinə mühəndis xidmətləri göstərməsi üçün “Lockheed Martin” şirkəti ilə mövcud müqaviləyə dəyişikliklər edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilənin dəyəri yeni dəyişikliklə 9.8 milyon dollar artıb.

Məlumata görə, müqavilədə nəzərdə tutulan işlərin 2021-ci ilin yanvarında yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Hellfire” tank ələyhinə, lazerlə idarə oluna bilən “hava-yer” raketidir.

Sevinc Əliyeva

Mənbə: ordu.az