“Leonardo”nun yeni dronu uğurla sınaqdan keçib

“Leonardo”nun yeni dronu uğurla sınaqdan keçib

“Leonardo” şirkəti tərəfindən istehsal olunan “Falco Xplorer” dronu İtaliyada “Trapani” aviabazasında ilk sınaq uçuşunu həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 60 dəqiqəyə yaxın havada qalan dornun sınağı uğurla başa çatıb.

Qeyd edək ki, “Xplorer” dronu “Falco” ailəsinin ən böyük variantıdır. Sözügedən dron hava və dəniz məkanında kəşfiyyat, nəzarət, sərhəd patrulu üçün nəzərdə tutulub.

Sevinc Əliyeva

 

Mənbə: ordu.az