Alman şirkəti "Marder" PDM-lərinin xidmət müddətinin uzadılması üçün əlavə tədbirlər görəcək

Alman şirkəti "Marder" PDM-lərinin xidmət müddətinin uzadılması üçün əlavə tədbirlər görəcək

Almaniya ordusu "Marder" piyada döyüş maşınlarının xidmət müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər görməsi üçün "Rheinmetall" şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilənin dəyəri təqribən 122 milyon dollardır.

Müqaviləyə görə, şirkət ordunu 78 ədəd PDM üçün xüsusi avadanlıqlar, maddi-texniki vasitələr, ehtiyat hissələri ilə təmin edəcək.

Sevinc Əliyeva

Mənbə: ordu.az