İmmun sistemində kəşf xərçəngin universal müalicəsinə yol aça bilər

İmmun sistemində kəşf xərçəngin universal müalicəsinə yol aça bilər

Kardiff Universitetinin tədqiqatçıları immun sistemində xərçəng xəstəliklərinin müalicəsində istifadə edilə bilən mexanizmi müəyyən ediblər.

Nature Immunology jurnalında dərc edilən araşdırmaya görə, bəzi T hüceyrələri yalnız laboratoriya şəraitində olmasına baxmayaraq, prostat, döş, ağciyər və digər xərçəng növlərini öldürmək üçün hazırlana bilər.

T-hüceyrələr qanda xərçəng xəstəlikləri infeksiyaları daxil olmaqla, insan orqanizmi üçün təhlükələri axtarıb məhv edə bilən limfositlərin bir növüdür.

Kardiff Universitetinin mətbuata verdiyi açıqlamada T hüceyrələrinin bir növünün demək olar ki, bütün xərçəng hüceyrələrini aşkar etməyə imkan verən unikal reseptora malik olduğu bildirilir.

BBC xəbər verir ki, alimlər xərçəng xəstəsindən qan götürə və T-hüceyrələrini təcrid edə bilərlər.

T-hüceyrələri xüsusi reseptor yetişdirmək üçün zərərsiz bir virus tərəfindən yenidən proqramlaşdırıla bilər və immun hüceyrələri xəstənin xərçəng hüceyrələri ilə mübarizə aparmaq məqsədilə yenidən köçürülməsi üçün yetişdirilə bilər.

Xüsusi reseptorları olan T hüceyrələri sağlam hüceyrələri rədd edərək, şişlər də daxil olmaqla, toxumasına hücum edə bilir. Normal T-hüceyrələri bunu etməyə qadir deyil.

Mənbə: www.amerikaninsesi.org