Pakistan “Qəznəvi” ballistik raketinin sınaqlarını keçirib

Pakistan “Qəznəvi” ballistik raketinin sınaqlarını keçirib

Pakistan “Qəznəvi” ballistik raketinin sınaqlarını uğurla başa çatıdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raketin sınaq atışları sahə təlimlərinin tərkib hissəsi olaraq həyata keçirilib.

Qeyd edək ki, “Qəznəvi” 290 kilomter mənzilə sahib çoxsaylı döyüş başlığı daşıyan yerüstü ballistik raketdir.

Mənbə: ordu.az