Rusiyalı ekspertlər yeni koronovirusun diaqnostika metodlarından danışıblar

Rusiyada yeni koronovirusun diaqnostikası ənənəvi polimeraz zəncirvari reaksiya metodu ilə aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Qrip İnstitutunun direktor müavini Darya Danilenko məlumat verib. Onun sözlərinə görə, belə diaqnostika bir neçə saatdan 2 günədək davam edə bilər. Bu diaqnostikanı yalnız ixtisaslaşdırılmış laboratoriyalar aparır. Əvvəllər yalnız heyvanlarda aşkar edilən koronovirusun yalnız bir neçə müddətdir ki, insanlara keçə bilməsi məlum olub və bu səbəbdən virusu insanda qısa müddətə aşkar edən test hələlik mövcud deyil.

Eyni zamanda, koronovirusun törədicilərini məhv edəcək preparat da yoxdur. Buna baxmayaraq, rusiyalı həkimlərin fikrincə, xəstəliyi müalicə etmək olar. Virusa yoluxanların əksəriyyəti müalicə edilir, digər hallarda isə pasiyent başqa xəstəliklərin kəskinləşməsi üzündən dünyasını dəyişir.

Yeni koronovirusa qarşı vaksin yaradılmasına isə illər lazımdır. Rusiyalı ekspertlər virusun peyvəndsiz də geri çəkiləcəyinə əmindirlər. Onların sözlərinə görə, 3-6 həftədən sonra virusun yayılmasında azalma müşahidə olunacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Planlı həyat tərzinə necə keçək?

SONRAKI XƏBƏR

ADY ilk dəfə olaraq karbamidin 40 futluq konteynerlərlə daşınmasına başlayıb