Səsdən 5 dəfə sürətli raketlər gəlir: Radarları “lazımsız yükə” çevirən yenilik!

ABŞ səsdən 5 dəfə sürətliraketlərin istehsalına başlayacaq.

Moderator.az xaricimediaya istinadən xəbər verir ki, 2020-2021-ci illəri əhatə edəcək yeni proqram,hipersonik raketlər sistemində ciddi yenilik və böyük dəyişikliklərin həyatakeçirilməsini nəzərdə tutur. Səsdən 5 dəfə sürətli raketlərin istehsalı zərurətiÇin və Rusiyann bu sahədə apardığı fasiləsiz tədqiqatlarla izah edilir. Pentaqonbhesab edir ki, ABŞ bu müstəvidəki üstünlüyünü əldən verməməli, daha sürətliraketlərin yaradılması ilə bağlı sınaq testlərini və tədqiqatları genişləndirməlidir.

Maraqlı məqamlardan biridə Pentaqona bu layihəni həyata keçrimək üçün əlavə maliyyə vəsaitinin verilməməsiilə bağlıdır. Konqresin hərbi xərcləri atırmasına ciddi müqavimət göstərməsi səbəbiilə, Pentaqon yeni nəsil hipersonik raketləri “daxili imkanlar hesabına” əldəetməyə qərar verib. Gərəkli vəaiti əldə etmək üçün nisbətən köhnə nəsil silah vətexnikadan imtina edilməsi nəzərdə tutulur. Ehtimal olunur ki, ABŞ istifadədənçıxarılacaq silah və texnikaları, müdafiə və hücum texnologiyalarını digər dövlətlərləsatmaqla hipersonik raketlrə bağlı layihənin icrası üçün gərəkli olan vəsaiti əldəetməyə çalışacaq.

Yeni nəsil hipersonikraketlərin ən mühüm özəlliklərindən biri də onun radarlar üçün tamamilə görünməzolması ilə bağlıdır. Mütəxəssislər hesab edir ki, bu raketlərin istehsalıradarları tamamilə “gərəksiz xərc tələb edən lazımsız yükə” çevirəcək.

Məlumat üçün qeyd edəkki, Rusiya və Çin hər zaman olduğu kimi, bui gün də hipersonik raketlər məsələsindəABŞ-a ən ciddi rəqiblər hesab olunur. Xüsusilə də Rusiyanın hipersonik raketlərləbağlı həyata keçridiyi sınaqlar ABŞ tərəfindən ciddi narahatlıqlaqarşılanmaqdadır.

Seymur ƏLİYEV

 

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Afət Rahilqızı yaşını açıqladı — TƏƏCCÜBLƏNDİRDİ

SONRAKI XƏBƏR

Ərdoğan: Əlimizdən gələni edəcəyik