İran Rusiyadan HHM sistemlərinin alınmasını planlaşdırır

İran Rusiyadan  HHM sistemlərinin alınmasını planlaşdırır

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran yalnız öz hava məkanında deyil, həmçinin bölgənin bir hissəsində maksimum nəzarəti təmin etmək üçün Rusiya HHM sistemlərindən istifadə etməyi planlaşdırır.

Müxtəlif mənbələrə görə, artıq İran S-400 və S-300 ZRS-ləri üçün ödəniş edib və tezliklə S-300-lərin ilk partiyasını əldə edəcək.

Mütəxəssislər qeyd edir ki, hər an ABŞ-la müharibə edəcəyi təhlükəsi ilə üzləşən İranın S-300-ləri alması Tehranın müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına böyük təsir göstərəcək.

Ekspertlərin fikrincə, Tehranın S-300-ün lehinə seçim etməsi ilk növbədə nisbətən aşağı qiymətlə əlaqədardır.

Sevinc Əliyeva

Mənbə: ordu.az