Şəkər insan beyninə necə təsir edir? - araşdırma

Şəkər insan beyninə necə təsir edir? - araşdırma

Danimarkanın Orxus Universitetinin alimləri şəkərin insan beyninə necə təsir etməsi ilə bağlı maraqlı araşdırma aparıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.

Alimlər donuzlar üzərində araşdırma aparıb və müşahidə ediblər ki, şəkər həqiqətən də donuzların beyninə nakotik kimi təsir göstərir.

Belə ki, 12 gün ərzində donuzlara hər gün şəkərli su veriblər. Daha sonra MRT proseduru ilə heyvanların 12 gün əvvəlki beyinləri ilə testlərdən sonrakı beyinlərini müqayisə ediblər.

"Cəmi 12 gün şəkər qəbulundan sonra biz beyindəki dofamin və opioid sistemlərində ciddi dəyişikliklərin baş verdiyini müşahidə etdik. Kimyəvi planda rifah və zövqlə əlaqəli olan opioid sistemi elə birinci qəbuldan sonra dərhal aktivləşdi", - alim bildirib.

Alimlər aşkar edib ki, şəkər də narkotik kimi beyinin qidalanma sisteminə təsir göstərir. Zövq, xoşbəxtlik və rifah duyğuları ilə əlaqəli olan qidalanma sistemi cinsi əlaqə, ünsiyyət və ya yeni bir şey öyrənmək kimi digər yollarla da aktivləşdirilə bilər, lakin süni stimullar bəzən daha sürətli və güclü fəaliyyət göstərir.

Milli.Az

Mənbə: news.milli.az