Süni zəka texnologiyası yeni silah yarışının komponenti kimi?

Bu gün isə süni zəka uğrunda yarış Soyuq Müharibənin nüvə uğrunda yarışını əvəz etməkdədir. Dövlətlər süni zəkanın hərbi məqsədlər üçün tətbiq olunma yollarını axtararkən getdikcə daha çox investisiya qoymağa başlayıblar.

Bu gün hərbi sahədə süni zəkadan istifadə sahəsində önə çıxan dövlətlər ABŞ, Çin və Rusiyadır.

Süni zəka texnologiyasında dövlətlərin onu silah yarışının bir hissəsinə çevirdiyini göstərən bir çox nümunələr mövcuddur. Məsələn, ABŞ Müdafiə Nazirliyi tərəfindən hazırlanan “2018 Süni Zəka Strategiyasının Xülasəsi” hesabatında süni zəkanın silah texnologiyalarına edilən Çin və Rusiya sərmayələri barədə bildirilib və bu yarış çərçivəsində atılacaq addımlar qeyd olunub. Sənəddə qeyd olunur ki, Pentaqon bunun üçün 2 milyard dollar vəsait ayırıb.

Bu yaxınlarda ABŞ-ın Müdafiə naziri Mark Esper süni zəka, robototexnika, hipersəs səhələrində modernləşmənin zəruriliyini vurğulayıb. O, həmçinin Rusiya və Çinin hərb sənayesi üçün süni zəka potensialını fəal inkişaf etdirdiyini və ABŞ-ın bu ölkələrdən geri qalmamalı olduğunu qeyd edib.

Eyni şəkildə, Çin və Rusiya da hərbi sahədə süni zəka istifadəsinə oxşar diqqət yetirib. Çin lideri Si Tsipin süni zəka texnologiyasının gələcəkdə qlobal hərbi rəqabətə çevriləcəyini iddia edir. 2017-ci ildə yayımlanan Çinin süni zəka strategiyası hesabatına görə, 2030-cu ilə qədər bu sahədə Çinin lider ölkə olacağı iddia edilib. Rusiya da, həmçinin süni zəka texnologiyasının silahlarına əhəmiyyət verir və bir çox əlaqəli layihələrə sərmayə qoyur.

Hərb sahədə süni zəka uğrunda silah yarışı ehtimalı adi və ya nüvə silahlanma yarışına bənzər beynəlxalq təhlükəsizlik üçün bir təhlükə yaradır. Digər bir məsələ, süni zəka silah sistemlərinin adi və nüvə silahlarından daha da gözlənilməz və təhlükəli olmasıdır.

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Erməni generalın oğlu hərbi hissədə itaətsizlik çağırışları səsləndirib

SONRAKI XƏBƏR

“Sabina”nın “İDEAL”a satıldığı bildirilir