İndoneziya HHQ-nin yeni pilotsuz döyüş təyyarəsi nümayiş olunub
İndoneziyanın “Qara qartal” adlandırılan və 8 təşkilatın birgə səyi nəticəsində ərsəyə gətirilən yeni “Elang Hitam” Pilotsuz Uçuş Aparatı nümayiş olunub.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, PUA 70 millimterlik raketlərlə təchiz olunub.
Qeyd olunur ki, raketlər İndoneziya HHQ-nin F-16 qırıcılarını silahlandıran yerli “Dirgantara İndoneziya” şirkəti tərəfindən istehsal olunub. PUA-nın sınaqları yanvar ayının əvvəllərində baş tutub
Mənbə: ordu.az