Kosmosda nadir hadisə

Yaponiyanın İbaraki Universitetindən olan astronomlar mənbəyi G358-MM1 protoulduzunun olduğu təxmin edilən böyük partlayış qeydə alıblar.

Alimlər nəhəng protoulduzlardan biri olan G358-MM1-in yeni fəallıq əlamətlərini müşahidə ediblər. Belə ki, onun şüası qısa müddət üçün əhəmiyyətli dərəcədə parıltılı olub.

Sonrakı müşahidələr nəticəsində mənbədən keçən və ulduzun ətrafında hərəkət edən istilik dalğası aşkar edilib. Səma cisminin partlayışı ilə əlaqədar olan bu hadisə iki həftədən bir neçə aya qədər davam edə bilər.

Astronomlar daha əvvəl məlum olmayan akresiya (toplanma) sıçrayışı növü qeydə alıblar. Ehtimal olunur ki, bu fenomenin yeni ulduzun kütləsindən və təkamül mərhələlərindən asılı olan çoxsaylı növləri mövcuddur.

Tədqiqatçılar izah edirlər ki, böyük ulduzlar qalaktikanın strukturuna, formasına və kimyəvi tərkibinə təsir edə bilərlər. Hidrogen tükəndikdə isə onlar partlayışdan məhv ola bilərlər.

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda koronavirus təhlükəsi ilə əlaqədar xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlanıb

SONRAKI XƏBƏR

Azərbaycan millisinə İngiltərə klubundan futbolçu çağırıldı