Hindistan 5000 km mənzili olan nüvə qabiliyyətli raketlər üzərində işləyir

Hindistan 5000 km mənzili olan nüvə qabiliyyətli raketlər üzərində işləyir

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Benqal körfəzindəki sualtı pontondan başlayan raket 2200 kilomter məsafə qət edə bilib.

Yerli medianın yazdığına görə, sınaq uğurla başa çatıb, raket arzu olunan parametrlərə cavab verib.

Qeyd olunur ki, Hindistan hazırda raketin növbəti seriyasının üzərində işləyir. Şərti adı K-5 olan raketin quruda yerləşən qitələrarası nüvə tipli “Agni V” raketi ilə uyğunlaşacağı, 5000-6000 km məsafədəki hədəfləri vura biləcəyi qeyd olunur. K-5-ün hər birinin 500 kiloqram olan dörd MIRV döyüş başlığı daşıya biləcəyi bildirilib.

Sevinc Əliyeva

Mənbə: ordu.az