“Austal” şirkəti ABŞ donanmasına 11-ci döyüş gəmisini təhvil verib

“Austal” şirkəti ABŞ donanmasına 11-ci döyüş gəmisini təhvil verib

“Austal USA” şirkəti Alabama ştatındakı Mobile gəmiqayırma zavodunda inşa edilən 11-cü döyüş gəmisini ABŞ Donanmasına təhvil verib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Devid Sinqleton məlumat verib.

O bildirib ki, “Kansas City” adlı gəmi 2020-ci ildə ABŞ ordusuna təhvil verilən ilk “Independence” sinfinə məxsus döyüş gəmisidir.

Qeyd edək ki, ABŞ donanması qeyd olunan sinfə məxsus 19 gəmi sifariş verib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az