Bezos iqlim üçün 10 milyard ayırdı

Bezos iqlim üçün 10 milyard ayırdı

“Amazon” şirkətinin sahiblərindən Cef Bezos Yer Fondunun yarandığını elan edib.

Axar.az xəbər verir ki, o, məlumatı öz İnstaqram səhifəsində paylaşıb. Bezos iqlim dəyişikliyi ilə mübarizə aparacaq fonda 10 milyard dollar ayırdığını bildirib.

O, fondun eko-aktivistlər, qeyri-hökumət təşkilatları və alimlərin fəaliyyətini maliyyələşdirəcəyini söyləyib.

Mənbə: axar.az