Galaxy Fold 2 görünməz kamera ilə təqdim olunacaq

Galaxy Fold 2 görünməz kamera ilə təqdim olunacaq

Samsung yeni qatlanmış ekran modelində kameranı ekranın altına yerləşdirəcək. Beləliklə, Galaxy Fold 2 görünməz kamera ilə gələn ilk model olacaq.

TED.az xəbər verir ki, Samsung ötən günlərdə yeni model Galaxy Z Flip-i qatlanmış ekranı ilə təqdim edib və vaxt itirmədən Galaxy Fold 2 üzərində işləməyə başlayıb.

Samsung gələn ilin iyul ayında Galaxy Fold-un varisini tanıdacaq.

İddialara görə, Samsung-un yeni qatlana bilən ekran modeli ön tərəfdə görünməyən kamera ilə olacaq.

Galaxy Fold 2-nin qiyməti 2000 dollar ətrafında olacaq.

 

 

Mənbə: ted.az