Aİ Liviyaya tətbiq olunan silah embarqosuna nəzarət etmək üçün gəmilər yerləşdirir

Aİ Liviyaya tətbiq olunan silah embarqosuna nəzarət etmək üçün gəmilər yerləşdirir

Avropa İttifaqı Liviyaya tətbiq olunan silah embarqosuna nəzarət etmək üçün xüsusi missiyasının qurulmasına razılıq verib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İttifaqın Xarici İşlər naziri Cozep Borell məlumat verib.
Qeyd olunur ki, embarqonun pozulmasının qarşısını almaq üçün hərbi gəmilər Liviyadan 60 mil uzaqlıqda patrul reydləri keçirəcək.
Borell bildirib ki, gəmilər yalnız Liviya sahillərdində silah daşımalarının getdiyi marşrutlar boyunca yerlərdə yerləşdiriləcək.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az