Çin ayın əks tərəfində işlərini bərpa etdi

Çin ayın əks tərəfində işlərini bərpa etdi

Çinin “Yuytu-2” teploxodu və “Change-4” kosmik gəmisi ayın əks tərəfində işə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Çinin Dövlət Kosmik Administrasiyasındakı Ay və Xarici Kosmosun İnkişaf Mərkəzinə istinadən yayıb.

Cihazın Pekin vaxtı ilə saat 06.57-də (Bakı vaxtı ilə 02: 57-də) yuxu rejimindən çıxdığı və ayın 17-də “oyandığı” qeyd edilir.

Agentliyin məlumatına görə, hər iki cihaz normal iş vəziyyətindədir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az