“Facebook”da yeni şura yaradılıb – Nəzarət gücləndiriləcək

“Facebook”da yeni şura yaradılıb – Nəzarət gücləndiriləcək

"Facebook" şəbəkəsi insanların internet-platformalarda yerləşdirilmiş məzmunla bağlı şikayət edə bilməsi üçün Müstəqil Nəzarət Şurasını yaradır.

Olaylar.az bildirir ki, bu barədə "Financial Times" (FT) qəzetində dərc olunan müəllif sütununda Mark Zuckerberg məlumat verib.

"Facebook kimi şirkətlər nəzarətə ehtiyac duyurlar. Buna görə Müstəqil Nəzarət Şurasını yaratdıq ki, insanlar internet-platformada yerləşdirilən məzmunla bağlı şikayət edə bilsinlər. Texnologiya şirkətləri cəmiyyətə xidmət etməlidirlər", - Mark Zuckerberg bildirir. Onun sözlərinə görə, şirkət İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnternet üçün ədalətli qlobal vergi qayalarını yaratmaq səylərini dəstəkləyir.

Mənbə: olaylar.az