Rəqəmsal texnologiyaları  layihəsinin ilk seminarını bu universitetdə keçirilib

Rəqəmsal texnologiyaları  layihəsinin ilk seminarını bu universitetdə keçirilib

“Gənclərin rəqəmsal texnologiyalardan səmərəli istifadəsi yolları” adlı layihənin ilk maarifləndirici seminarı BMU-da keçirilib.

TED.az xəbər verir ki, seminar Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının, İnnovasiya mərkəzinin və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilati dəstəyi ilə keçirilir.

Seminarın sonunda iştirakçılara sertifikat ilə yanaşı layihənin adı və tərəfdaşların loqolarının əks olunduğu hədiyyələr təqdim edilib.

Qeyd edək ki, eyni ad və məzmunlu seminar 19 və 21 fevral tarixlərində Azərbaycan Texniki Universitetində (AzTU) və Sumqayıt Dövlət Universitetində (SDU) təşkil olunacaq.

Mənbə: ted.az