“Google” ictimai yerlərdə ödənişsiz “Wi-Fi” layihəsinin fəaliyyətini dayandırır

“Google” ictimai yerlərdə ödənişsiz “Wi-Fi” layihəsinin fəaliyyətini dayandırır

"Google" şirkəti ictimai yerlərdə ödənişsiz "Wi-Fi" xidmətinin fəaliyyətini dayandırıb. Layihənin bağlanmasının rəsmi səbəbi kimi dünyada mobil internetin dəyərinin aşağı düşməsidir. Bu haqda "TechCrunch" bloqu yazıb.

"Google" şirkəti "Station" layihəsinin sonrakı inkişafı üçün gəlir gətirən dayanıqlı bir model tapmağa nail olmayıb. Şirkət bəzi istifadəçilər üçün reklam nümayiş etdirir, Hindistanda dəmir yolu stansiyalarında internetə pulsuz çıxış üçün əməkdaşlıq layihəsini işə salmışdı. Hindistanda hər ay 8 milyon nəfər bu layihədən istifadə edirdi.

"Google" şirkəti, həmçinin İndoneziya və Meksikada 400 dəmir yolu stansiyasını ödənişsiz "Wi-Fi" xidməti ilə təmin edirdi.

Mənbə: olaylar.az