Liviyadakı BMT-nin Dəstək Missiyası Cenevrədə Liviya Birgə Hərbi Komissiyasında danışıqların bərpa edildiyini elan edib. Ordu.az xəbər verir ki, bu barədə Missiya öz “Twitter” hesabında məlumat yayıb.
Bildirilir ki, danışıqlar fevralın 26-da başlayacaq və komissiya siyasi və iqtisadi məsələləri müzakirə edəcək.
Sevinc Əliyeva
Ordu.az
Mənbə: ordu.az