Rusiyanın Il-112 hərbi nəqliyyat təyyarəsi apreldə 2-ci uçuşunu həyata keçirəcək

Rusiyanın Il-112 hərbi nəqliyyat təyyarəsi apreldə 2-ci uçuşunu həyata keçirəcək

Rusiya Voronej Təyyarə Müəssisəsində ən yeni Il-112 hərbi nəqliyyat təyyarəsinin seriya istehsalına başlayacaq. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “İlyushin” şirkətinin Baş direktoru Yuri Qrudinin məlumat verib.

O qeyd edib ki, təyyarənin prototipi ikinci dəfə aprel ayında havaya qalxacaq.

Bildirilir ki, bundan əvvəl təyyarə 2019-cu ilin mart ayında ilk dəfə uçuş həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az