NATO ölkələrinin hərbi qulluqçuları Norveçdə baş tutacaq soyuq hava təlimlərində iştirak edəcək

NATO ölkələrinin hərbi qulluqçuları Norveçdə baş tutacaq soyuq hava təlimlərində iştirak edəcək

ABŞ-ın Avropadakı qüvvələri və ən az doqquz digər NATO ölkəsindən olan hərbi qulluçular soyuq havalarda taktiki əməliyyatlar aparmaq üçün Norveçin şimalındakı Arktika bölgələrinə gedəcəklər. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Cold Response 2020” adlanan təlimlər 2-28 mart tarixlərində baş tutacaq.

Qeyd olunur ki, təlmlərdə ABŞ, Norveç, İngiltərə, Hollandiya, Almaniya, Fransa, Belçika, Danimarka, Finlandiya və İsveçdən olan 15-16 min hərbi qulluqçunun iştirak edəcəyi gözlənilir.

Sevinc Əliyeva

Ordu.az

 

Mənbə: ordu.az