Hesabınıza sizdən başqa kim daxil olub? – TEDassistant

Hesabınıza sizdən başqa kim daxil olub? – TEDassistant

Bir neçə müddətdir ki, sosial şəbəkələrdə təhlükəsizlik mövzusu dildən düşmür. Əslində, təhlükəsizliklə bağlı olan istənilən məsələ hər zaman öz aktuallığını qoruyur, son zamanlar isə vəziyyət daha da gərginləşdi. “Ghosty”, “Postegro” kimi tətbiqlərin yayılması xalqda qorxu hissini oyatdığı üçün insanlar kibertəhlükəsizlik problemlərinə daha diqqətli yanaşmağa başladı.

TEDassistant rubrikasının bu dəfəki sayında İnstaqram hesabınıza sizdən başqa kimin daxil olduğunu necə yoxlanılcağını göstərəcək.

Hesabınıza kimin və nə vaxt daxil olduğunu öyrənmək üçün aşağıdakı təlimatdan faydalana bilərsiniz:

1. Hesabınızda mövcud “Parametrlər” (Ayarlar) bölməsinə daxil olun;

2. “Parametrlər” bölməsində sıraca 6-cı olan “Güvənlik” düyməsini seçin;

3. Təhlükəsizlik bölməsinə daxil olduqdan sonra sıraca 3-cü olan “Qeyd olunan giriş məlumatları” (Kaydedilən giriş bilgileri) bölməsinə daxil olun.

3-cü addımdan sonra hesabınıza nə zaman, hansı ərazi və hansı smartfon modelindən daxil olunduğu göstəriləcək.

Şəbəkə qeyd olunan giriş məlumatlarının sizə aid olmadığını öyrənmək üçün sorğu təqdim edəcək. Təhlükəsizlik problemini aşkar etdikdə, şəbəkənin sorğusuna uyğun cavab verməyi və hesabınızın parolunu dəyişdirməyi tövsiyyə edirik.

Mənbə: ted.az