Dünyanın ən zəngin insanı sərvətini sürətlə artırır

Dünyanın ən zəngin insanı sərvətini sürətlə artırır

Ceff Bezos həyat yoldaşı Makkenzidən ayrılmaqla xeyli sərvət itirmişdi.

Dünyanın ən zəngin insanı hətta bir zaman kəsiyində mövqeyini itirmişdi. Amma Bezos yenə zirvədədir və sürətlə varlanır.

Ceff Bezos və Makkenzi Bezos

Bizimyol.info xəbər verir ki, “Amazon” şirkətinin rəhbəri sərvətini 131 milyard dollara çatıb. O, ən yaxın izləyicilərini nəzərəçarpan dərəcədə geridə qoyub. Bezosun sərvəti Bill Qeytsdən 12 milyard dollar çoxdur.

 

Bill Qeyts

Makkenzi Bezosun indi 42,8 milyard dolları var. Həyat yoldaşı ilə ayrılanda təxminən 35 milyard dollar əldə etmişdi. Geridə qalan müddət Makkenzinin var-dövlətini yalnız artırıb.

Qeyts də sərvətini artırmaqda davam edir. “Microsoft”un rəhbəri əvvəllər heç vaxt 119 milyard həddinə çatmamışdı.

 

Bernar Arno

Sıralamada üçüncü pillədə Bernar Arno qərarlaşıb. Fransız iş adamı bir müddət əvvəl 100 milyard həddini keçsə də, indi onun daha az pulu var (96,9 milyard dollar).

Mənbə: www.bizimyol.info